SON DƏQİQƏ: ABŞ və İran yenidən masaya oturur – TARİX AÇIQLANDIbackend

SON DƏQİQƏ: ABŞ və İran yenidən masaya oturur – TARİX AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında gərgin münasibətlər fonunda yeni danışıqlar mərhələsi başlayır. Tərəflərin sabah Pakistanın paytaxtı İslamabadda üz-üzə görüş keçirəcəyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin danışıqlar üçün Pakistana səfər edəcəyini açıqlamasından sonra ABŞ da addım atıb.

ABŞ prezidenti Donald Tramp nümayəndə heyətini İslamabada göndərmək qərarı verib.

ABŞ nümayəndə heyətinə Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff daxildir. Ağ Evin sözçüsü Karolin Livitt bildirib ki, görüş təşəbbüsü İran tərəfindən gəlib və tərəflər sabah birbaşa danışıqlar aparacaq.

Xatırladaq ki, fevralın 28-də başlayan gərginlik və qarşıdurma aprelin 8-də iki həftəlik müvəqqəti atəşkəslə nəticələnmişdi. Daha sonra aprelin 11-də İslamabadda keçirilən ilk danışıqlar təxminən 21 saat davam etsə də, tərəflər arasında razılıq əldə olunmamışdı.

Müzakirələrdə əsas fikir ayrılıqlarından biri ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası ilə bağlıdır. Bu səbəbdən ikinci raund danışıqların təşkili də çətinliklə üzləşib.

Son məlumatlara görə, Əraqçi Pakistan rəsmiləri ilə əlaqə saxlayaraq yeni danışıqlar mərhələsinin təşkili üçün hazırlıqlar aparıb. Bu arada İslamabad mümkün görüşlərə hazır vəziyyətə gətirilib, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, tərəflərdən bəziləri hələ də danışıqlarda iştirakını rəsmi şəkildə təsdiqləməsə də, regionda sülh ümidlərinin yenidən artdığı bildirilir.

Turan