İçərisində xəstə olan təcili yardım avtomobil qəzaya uğradıbackend

İçərisində xəstə olan təcili yardım avtomobil qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Göygöl şəhərinin Azay Kazımov küçəsində qeydə alınıb.

“Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə VAZ-2106 markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Məlumata görə, qəza zamanı təcili tibbi avtomobilində xəstə olub.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.