Ölkənin bir sıra tibb müəssisələrində rəhbər vəzifələr üzrə kadr dəyişiklikləri gözlənilir.
NOCOMMENT.az xəbər verir ki, akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bərdə Rayon Mərkəzi Xəstəxanası və Respublika Neyrocərrahiyyə Xəstəxanasında rəhbər heyətin yenilənməsi gündəmdədir.
Qeyd olunan müəssisələrdə yeni təyinatların həyata keçirilməsi planlaşdırılır. Lakin dəyişikliklərin nə vaxt baş tutacağı və bu vəzifələrə kimlərin gətiriləcəyi hələlik açıqlanmır./Oxu24.com/










