Tel-Əvivdəki “Ben-Qurion” beynəlxalq hava limanında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus çoxsaylı yanacaqdolduran təyyarələrin cəmləşdiyi müşahidə olunur.
Söhbət xüsusilə strateji əhəmiyyətli “KC-46” və “KC-135” tipli uçan tankerlərdən gedir.
NOCOMMENT.az xəbər verir ki, İsrail mediası bu hərbi hərəkətliliyə xüsusi diqqət ayırıb. Yerli KİV-lərin qeyd etdiyinə görə, analoji vəziyyət fevral ayının sonunda ABŞ və İsrailin həyata keçirdiyi ilk birgə zərbədən dərhal əvvəl də yaşanmışdı.
Hərbi ekspertlər havada yanacaqdoldurma imkanına malik bu təyyarələrin genişmiqyaslı hava əməliyyatları üçün kritik rol oynadığını bildirirlər. Bu cür intensiv cəmləşmə regionda yeni və daha böyük bir hərbi müdaxilənin hazırlığı kimi qiymətləndirilir. Hazırda bölgədə gərginlik pik həddədir və ABŞ-ın hərbi texnikasının İsrail aeroportundakı bu görüntüləri yaxın saatlarda ciddi hərbi addımların atıla biləcəyi ehtimalını artırır.
Sara,
NOCOMMENT.az










