Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə “İnci” şadlıq sarayının qarşısında qeydə alınıb.
Qəza zamanı “Changan” markalı 77 VM 951 dövlət nömrə nişanlı avtomobil ilə “Ford Transit” markalı 77 GH 916 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, “Changan” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olub. Qəzanın “Ford Transit”in yolu gözləmədən hərəkət etməsi nəticəsində baş verdiyi bildirilir.
Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.











