Narkotik istintaqı çərçivəsində həbs edilən xəbər aparıcısı Ela Rumeysa Cebeci ilə bağlı məhkəmə yeni qərar verib.
NOCOMMENT.az xəbər verir ki, “Narkotik istifadəsinə kömək etmək” ittihamı ilə saxlanılan aparıcı girov müqabilində azadlığa buraxılıb.
Məhkəmə qərarına əsasən, Cebeci barəsində “yaşadığı yerdən çıxmamaq” şərti ilə məhkəmə nəzarəti tədbiri seçilib. Bu isə o deməkdir ki, o, ev dustaqlığı şəraitində azadlıqda olacaq və məhkəmə prosesi davam edəcək.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində dekabr ayında həbs edilən aparıcının işi ictimaiyyətdə geniş rezonans doğurmuşdu.
Ekspertiza nəticələrinə görə, Cebecidən götürülən saç nümunələrində kannabis, sintetik narkotiklər, kokain və onun metabolitlərinin izləri aşkar edilib. Bununla belə, qan analizlərində narkotik maddə izlərinə rast gəlinmədiyi bildirilib.
Qeyd edək ki, istintaq məşhurların da adının hallandığı geniş narkotik şəbəkəsi üzrə aparılır və araşdırmalar davam edir.
Sara
NOCOMMENT.az










