Trampa edilən sui-qəsdin ŞOK TƏFƏRRÜATI – FOTObackend

Trampa edilən sui-qəsdin ŞOK TƏFƏRRÜATI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “New York Post” qəzeti Prezident Donald Trampa qarşı törədilən sui-qəsd cəhdi ilə bağlı şok təfərrüatları yayımlayıb. Son məlumatlara görə, hadisə “Washington Hilton” otelinin ballar zalının girişində, tədbir öncəsi sonuncu yoxlama məntəqəsində baş verib. Polis bildirir ki, hücum edən şəxs nəzarət nöqtəsinə qədər irəliləyərək atəş açıb və bundan sonra içəridə təxminən 2500 qonağın, eləcə də ABŞ prezidentinin olduğu zala doğru hərəkət etməyə çalışıb.

NOCOMMENT.az xəbər verir ki, Kolumbiya dairəsinin polis rəisi Ceffri Kerrollun sözlərinə görə, cinayətkarın üzərində qırma tüfəng (drobovik), tapança və bir neçə bıçaq olub. Şahidlərin ifadələrinə əsasən, o, uzunlüləli silahı elə otelin daxilində, mühafizə olunmayan və arabaların saxlandığı nəzarətsiz ərazidə çantasından çıxararaq yığıb. Zalın girişində 4-8 arası atəş səsi eşidilib və atışma zamanı Məxfi Xidmətin bir əməkdaşı yaralanıb. Hadisədən dərhal sonra agentlər zalı təxliyə edib, hücumçunu isə yerindəcə zərərsizləşdirərək saxlayıblar.

İstintaqın ilkin rəyinə görə, hücum edən şəxs tək fəaliyyət göstərib və artıq ona qarşı rəsmi ittihamlar irəli sürülüb. Şübhəli şəxs Kaliforniyadan olan 31 yaşlı Koul Allendir. Məlum olub ki, o, “C2 Education” şirkətində müəllim işləyib və Kaliforniya Texnologiya İnstitutunda (Caltech) “maşınqayırma” ixtisası üzrə təhsil alıb. Qonşuları Alleni qapalı və ünsiyyətsiz insan kimi xarakterizə edirlər, həmçinin onda müəyyən psixi xüsusiyyətlərin ola biləcəyi ehtimal edilir. Hücumun rəsmi motivi hələlik açıqlanmasa da, FTB və Məxfi Xidmət araşdırmaları davam etdirir.

Sara