TƏCİLİ! Güclü zəlzələ oldu – Qardaş ölkədə backend

TƏCİLİ! Güclü zəlzələ oldu – Qardaş ölkədə 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müxtəlif bölgələrində bazar günü səhər saatlarında iki yeraltı təkan qeydə alınıb. Fəlakət və Fövqəladə Halların İdarə Olunması Başqanlığının (AFAD) məlumatına görə, təkanlar həm ölkənin şərqində, həm də qərbində hiss edilib.

NOCOMMENT.az xəbər verir ki, ilk zəlzələ yerli vaxtla saat 08:01-də Bingöl vilayətinin Yedisu bölgəsində baş verib. Rixter şkalası ilə 4,4 bal gücündə olan bu yeraltı təkan yerin 7 kilometr dərinliyində qeydə alınıb. Təkanlar ətraf rayonlarda da hiss edilib və qısa müddətli təşvişə səbəb olub.

Bu hadisədən cəmi 40 dəqiqə sonra, saat 08:41-də isə ölkənin qərbində, Balıkesir vilayətinin Sındırgı bölgəsində növbəti zəlzələ qeydə alınıb. Bu təkanın gücü 3,1 bal, dərinliyi isə 14,93 kilometr olub.

İlkin məlumatlara görə, hər iki bölgədə hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Mütəxəssislər Türkiyənin aktiv seysmik zonada yerləşdiyini xatırladaraq, vətəndaşları ehtiyatlı olmağa çağırıblar. Hazırda ərazilərdə monitorinq işləri davam etdirilir.

Sara,