Suriyada ölkə tarixində mühüm hadisələrdən biri baş verib – hazırkı prezident Bəşər Əsədin yaxın qohumu və rejimin keçmiş nüfuzlu simalarından biri olan Nəcib Əsədin məhkəməsi başlayıb. Nəcib Əsəd 2011-ci ildə ölkəni vətəndaş müharibəsinə aparan hadisələrin mərkəzində dayanan əsas fiqurlardan biri kimi tanınır.
NOCOMMENT.az xəbər verir ki, Nəcib Əsəd vaxtilə Deraa şəhərində Siyasi Təhlükəsizlik İdarəsinə rəhbərlik edib və 2011-ci ildə dinc etirazların qanlı şəkildə yatırılmasında birbaşa iştirak edib. Həmin dövrdə rejim əleyhinə şüarlar yazan uşaqların həbs edilməsi və onlara işgəncə verilməsi xəbərindən sonra başlayan etiraz dalğası məhz Nəcibin əmri ilə qeyri-mütənasib güc tətbiq edilməklə yatırılmışdı.
Bu hadisələr Suriya inqilabının və ardınca illərlə davam edən qanlı vətəndaş müharibəsinin başlanğıcı üçün qığılcım rolunu oynamışdı. Məhkəmə prosesi çərçivəsində Nəcib Əsəd insanlıq əleyhinə cinayətlərdə, dinc əhaliyə qarşı zorakılıqda və kütləvi repressiyalarda ittiham olunur. Suriya ictimaiyyəti və beynəlxalq hüquq müdafiəçiləri bu məhkəməni rejimin cinayətlərinə görə cavabdehlik daşıması istiqamətində vacib bir addım kimi qiymətləndirirlər. Məhkəmənin gedişatı və çıxarılacaq hökm regionda böyük maraqla izlənilir.
Sara,
NOCOMMENT.az









