Pakistanın ali siyasi və hərbi rəhbərliyi ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün İslamadabda genişmiqyaslı diplomatik marafon başladıb.
NOCOMMENT.az-ın məlumatına görə, vasitəçilik səylərinə baxmayaraq, tərəflərin kəskin ilkin şərtləri danışıqların taleyini sual altında qoyur.
İran tərəfi rəsmi Vaşinqtonla hər hansı yeni təmasa başlamazdan əvvəl ABŞ-ın dəniz limanlarına tətbiq etdiyi blokadanın qeyd-şərtsiz dayandırılmasını tələb edir. Tehran nümayiş etdirir ki, iqtisadi sıxılma davam etdiyi müddətcə kompromis mümkün deyil. Eyni zamanda, İranın xarici işlər naziri Abbas Araqçinin Maskatda keçirdiyi görüşlərdə Hormuz boğazından keçən gəmilərdən rüsum yığılması mexanizmi ilə bağlı Omandan dəstək istədiyi bildirilir. Bu addım regiondakı dəniz ticarətini daha da mürəkkəbləşdirə bilər. Analitiklər hesab edirlər ki, Pakistanın vasitəçiliyi həm Vaşinqtonun blokada inadından, həm də Tehranın Hormuzdakı strateji gedişlərindən asılı olacaq.
Sara,
NOCOMMENT.az










