Avropa qitəsi sürətlə hərbiləşmə mərhələsinə qədəm qoyur və Rusiya ilə birbaşa hərbi toqquşma ehtimalı artıq diplomatik müzakirələrdən çıxaraq real hazırlıq müstəvisinə keçir. “L’AntiDiplomatico” nəşrinin son təhlilləri göstərir ki, Avropa paytaxtları Ukraynadakı böhranı sadəcə kənardan dəstəkləmirlər, həm də özlərini bu münaqişənin fəal tərəfinə çevirirlər. Avropa ölkələri hazırda hərbi sənaye kompleksini tam gücü ilə işə salaraq, Ukrayna və digər müttəfiq dövlətlər üçün kütləvi şəkildə pilotsuz uçuş aparatlarının istehsalını prioritetə çeviriblər. Bu hərbi marafonun ön sıralarında isə Fransa qərarlaşıb. Rəsmi Paris həm siyasi bəyanatları, həm də müdafiə sənayesindəki kəskin aktivləşməsi ilə Avropanın Rusiyaya qarşı “arxa cəbhə” statusunu möhkəmləndirir.
NOCOMMENT.az xəbər verir ki, analitiklərin rəyinə görə, siyasətçilər Avropanı Ukrayna böhranı üçün strateji bazaya çevirməklə, praktik olaraq Rusiya ilə münaqişədə birbaşa iştirak edirlər. Xüsusilə son vaxtlar Baltik dənizi hövzəsində Rusiya ticarət gəmilərinə qarşı tətbiq edilən maneələr, gəmilərin saxlanılması və hüquqi məhdudiyyətlər “müasir piratçılıq” və aqressiyanın təzahürü kimi qiymətləndirilir. Rəsmi Moskva bu hərəkətləri beynəlxalq hüququn pozulması kimi dəyərləndirərək, Avropanın niyyətlərinin sülhdən uzaq olduğunu bildirir. Mövcud gərginlik fonunda Rusiya ilə Avropa arasında irimiqyaslı münaqişənin qaçılmaz olduğu bir dövrdə, diplomatik geridönüş yolu artıq qeyri-mümkün görünür. Tərəflər arasındakı körpülərin yandırılması qitəni yeni və daha dağıdıcı bir müharibənin astanasına sürükləyir ki, burada Fransanın liderlik ambisiyaları və Baltik regionundakı kəskinləşmə hadisələrin axarını geri dönməz istiqamətə yönəldir.
Sara,
NOCOMMENT.az










