TV-də hicab qadağası var? – “Kadr arxasında tapşırıq verirlər”backend

TV-də hicab qadağası var? – “Kadr arxasında tapşırıq verirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Efirlə bağlı bəzən açıq, bəzən də gizli tapşırıqlar verilir. Məsələn, TV rəhbərliyi işçilərə tapşırır ki, hicablı qadınları efirə dəvət etməyin. Amma bunu açıq-aydın şəkildə bildirmirlər. Tapşııq pərdə arxasında olur”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Yeni Sabah”a jurnalist Anar Vəziroğlu deyib.

O, müğənni Xuraman Şuşalının “hicablıyam deyə efirə dəvət etmirlər” iddiasına münasibət bildirib:

“Bir sözlə, hər bir kanalın ayrıca üzü var. AzTV-nin ayrı, İctimai TV-nin ayrı, özəl kanalların da ayrı. Hər kəs kanalı öz bildiyi kimi idarə edir. Bəzən adi bir məsələni dövlət səviyyəsinə qaldırırlar. Yəni düşünürük ki, bu kanal dövlətindirsə, deməli, onunla bağlı bütün qərarlar dövlət səviyyəsində verilir. Əslində, mənzərə bu cür deyil.

Mən özüm də müğənni Xuraman Şuşalı ilə birlikdə Elgiz Əkbərin verilişində iştirak etmişəm. Onda bildirmişdim ki, vaxtı ilə Xalq artisti Tünzalə Ağayeva efirə çıxanda qapalı geyimlərdən istifadə edirdi. Sonra günlərin bir günü o da çılpaq oldu. Ondan sonra da Xalq artisti adını aldı”.

Jurnalist müğənni Xuraman Şuşalının hicablı olduğu üçün efirə buraxılmamasına belə münasibət bildirib:

“Yenə də mən inanmıram ki, Xuraman xanıma hicablı olduğu üçün dövlət kanalları hansısa qadağa qoysun. Mənim ona hörmətim var, lakin onun fikirləri etalon ola bilməz. Bu fikirlər kütləvi şəkildə yayılsa, doğru olduğuna inanmaq olar. Lakin bu fikri təkcə onun səsləndirməsi o qədər də inandırıcı bir hal deyil. Niyə görə hicab taxdığı üçün kimisə efirə buraxmasınlar?!

Bir neçə şəxs bununla bağlı fikir bildirsə, məsələyə inanmaq olar. Hardasa məclisləri başa düşmək olar. Çünki bu toy sahibinin fikirindən asılıdır”.

A.Vəziroğlu televiziya kanallarında hələ də bəzi yalnışlıqların olduğunu deyib:

“Məsələn, kimisə efirə dəvət edirlər, verilişin başlamağına yarım saat qalmış deyirlər ki, filankəsi efirə çıxartmayın. Belə etmək olmaz. Axı gələn qonaq da əziyyət çəkir. Bu, açıq-aşkar hörmətsizlikdir. Bizim televiziya aparıcılar özlərindən başqa heç kəsi düşünmürlər. Elə bilirlər ki, efiri istədikləri formada idarə edə bilərlər. Camaatın yatağına qədər girirlər. Bəzi verilişlər bağlansa da, yenə də efirlərdə ədəbsizlik baş alıb gedir.

İnsanlar anlamır ki, televiziya nə deməkdir. Bir dəfə gömədim ki, kimsə maraqlı layihə irəli sürsün, normal veriliş ortaya çıxartsın. Bütün verilişlərimiz plagiatdır. Heç kəsin öz şəxsi fikri yoxdur. Ona görə də efirlərdə özbaşınlıq baş alıb gedir”.

Qeyd edək ki, müğənni Xuraman Şuşalı hicablı olduğu üçün bəzi telekalların onu efirlərə dəvət etmədiyini bildirib.