“Həzi Aslanov” stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri davam edir.
Bu barədə NOCOMMENT.az-a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, uzun illər ərzində mürəkkəb hidrogeoloji şərait və qrunt sularının təsiri nəticəsində bu sahədə aşınmalar yaranmışdı:
“Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir”.
Qeyd olunub ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. Stansiyanın yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, “Həzi Aslanov” stansiyasına keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.
Təmirə qədər və hazırkı vəziyyəti fotolarla:














