Dünyaca məşhur müğənni Şakiranın konsertindən əvvəl bədbəxt hadisə yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, ifaçının Rio-de-Janeyroda keçirilməsi planlaşdırılan konserti üçün səhnəni quraşdıran fəhlələrdən biri ağır xəsarət alaraq həyatını itirib. O, qaldırıcı sistemdə sıxılı vəziyyətdə qalıb və onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sözügedən konsertin mayın 2-də keçirilməsi gözlənilir.










