Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdibackend

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfəri barədə paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, A.Babiş səfər təəssüratlarını öz “Facebook” hesabında paylaşıb.

“Yanvar ayında Davosda keçirilən konfransda mən İlham Əliyevə söz vermişdim ki, Avropa İttifaqından kənara ilk səfərimi Azərbaycana edəcəyəm. Bu vədi yerinə yetirə bildiyimə və Qəbələdə onun iqamətgahına dəvətini qəbul etdiyimə görə şadam”, – o qeyd edib.

Dostyana qəbul üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən baş nazir bildirib ki, ötən il ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 42 milyard təşkil edib. O qeyd edib ki, bunun əsas hissəsini Azərbaycan neftinin Çexiyaya tədarükü təşkil edib.

“Biz İlham Əliyev ilə razılaşdıq ki, digər sahələrdə də əməkdaşlığı inkişaf etdirmək istəyirik. Qaz təchizatı üzrə uzunmüddətli müqaviləyə böyük maraq göstəririk, buna görə də ČEZ nümayəndələri də bizimlə buradadır və mən inanıram ki, buna nail olacağıq. Prezident Əliyev əsasən enerji və sənaye sahələrində əməkdaşlıqla məşğul olacaq hökumətlərarası iqtisadi komissiyanın yaradılmasını təklif etdi. Çexiya tərəfdən ona Karel Havliçek, Azərbaycan tərəfdən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək”, – A.Babiş vurğulayıb.