Türkiyə hökuməti İsrail Prezidenti İshak Hersoqun təyyarəsinin ölkənin hava məkanından istifadə etməsinə icazə verməyib.
NOCOMMENT.az xəbər verir ki, Astanaya səfər etməyə hazırlaşan Hersoqun uçuş planı Ankaranın qəti imtinası ilə qarşılaşıb. Məlumata görə, icazə verilmədiyi üçün marşrut son anda dəyişdirilib və İsrail prezidentinin təyyarəsi Avropa, daha sonra isə Rusiya hava məkanından keçərək mənzil başına çatıb.
Qeyd olunur ki, Türkiyə səması İsrailin rəsmi nümayəndə heyətləri üçün tamamilə bağlıdır. İsrailin mülki aviaşirkətləri isə Türkiyə hava məkanından yalnız tranzit reyslər üçün istifadə edə bilərlər.
Sara,
NOCOMMENT.az










