74 yaşlı Bülent Ersoya NƏ OLUB? – Video müzakirə yaratdıbackend

74 yaşlı Bülent Ersoya NƏ OLUB? – Video müzakirə yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış sənətçilərindən Bülent Ersoy ictimaiyyət arasında müzakirələrə səbəb olan görüntülərlə gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, 74 yaşlı ifaçı küçədə köməkçilərinin müşayiəti ilə görüntülənib. Kadrlarda onun hərəkət edərkən ətrafındakı şəxslərin dəstəyinə ehtiyac duyduğu aydın hiss olunur.

Yayılan videolar sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilərin bir qismi sənətçinin yorğun və halsız göründüyünü qeyd edərək müxtəlif fikirlər səsləndirib. Bəzi istifadəçilər onun artıq daha çox qayğıya ehtiyac duyduğunu bildiriblər.

Görüntülər qısa müddətdə yayılaraq müzakirə mövzusuna çevrilib.