Sumqayıtlı şəhid Əbdülməcid Axundovun layiq görüldüyü “Vətən uğrunda” medalı onun anası Ceyran xanıma təqdim olunub.
Medalın təqdimetmə mərasimində rəsmi şəxslər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mükafatı şəhidin ailəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, Əbdülməcid Axundov 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Cəbhədə manqa komandiri kimi xidmət edən Əbdülməcid 1993-cü ildə Sumqayıtda anadan olub. O, şəhərdəki 16 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Şəhidimizin xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Aliyə,
NOCOMMENT.az










