“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib? \FOTOLAR, VİDEObackend

“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib? \FOTOLAR, VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar” Dövlət İstehsalat və Emal Kompleksi MMC-nin vəzifəli şəxsləri və əməkdaşları tərəfindən ciddi təzyiqlərə, mənimsəmə hallarına və fiziki zorakılığa məruz qaldıqlarını iddia edirlər.

Şikayətçilərin sözlərinə görə, dövlət müəssisəsinin bəzi rəhbər şəxsləri tərəfindən qurulan qanunsuz mexanizmlər nəticəsində həm fərdi təsərrüfatlara, həm də dövlət əmlakına külli miqdarda ziyan vurulub.

NOCOMMENT.az-a müraciət edən sahibkar, şəhid ailəsi üzvü Nazilə Orucova bildirib ki, 2019-cu ildən bəri Ceyrançöl qış otlaq sahəsindəki 8 nömrəli fermada fəaliyyət göstərməyə çalışsa da, müxtəlif maneələrlə üzləşib: “Mən 2019-cu ildə fəaliyyətə başlayanda müqavilə bağlamaq istəsəm də, o zamankı rəhbərlik buna razı olmadı. Yalnız 2021-ci ildə “Azəraqrar” MMC-nin direktoru Fəda Abbasovla birillik birgə fəaliyyət müqaviləsi imzalaya bildim və qoyunlarımı dövlət heyvanları ilə birgə saxlamağa başladım. Lakin 2024-cü ilin avqust ayında müqavilə müddətini uzatmaq üçün Bakıya getdiyim zaman, mənim xəbərim olmadan qurumun vəzifəli şəxsi Həsən Abdullayevin tapşırığı ilə çobanlar Sakina Əliyeva, Yusif Lalayev, Elşən Aşırov və digərləri gecə vaxtı mənim 49 qoyunumu, 42 quzumu və 30 toğlumu mənimsəyiblər. Üstəlik, 182 baş heyvanımın bir hissəsini öz xəstə və qoca qoyunları ilə dəyişərək evimə gətiriblər”.

Azəraqrar”-da “ezamiyyə” Həsən kimdir? – Direktoru o idarə edir? » 7news.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Həsən Abdullayev

Onun sözlərinə görə, bu qanunsuzluqların arxasında rüşvət tələbi dayanır: “Həsən, Kamran və Səkinə mənə hər zaman deyirdilər ki, pul verməsən, Ceyrançöldə qoyun saxlaya bilməzsən. Mən bir sahibkar kimi dövlətə vergi ödəməyə hazır olduğumu bildirsəm də, onlar ‘Həsən müəllim bizə belə tapşırıb, dövlət bizə maaş vermir’ deyərək mənimlə razılaşmırdılar”. Nazilə Orucovanın sözlərinə görə, 2025-ci ildə rəhbərlik dəyişsə də, problemlər bitmək bilməyib: “Yeni direktor Mühasir Abdullayev və müavini Həsən mənə telefon nömrəsi verib dedilər ki, qoyunları fermaya apar, iki günə gələcəyik. Lakin mən fermaya çatanda çoban Yusif məndən orada qalmaq üçün 5 min manat pul istədi. Bildirdi ki, bura daxil olmaq üçün özü də pul verib.

Adıçəkilən Səkinə Əliyeva

Dekabrın 5-də isə çoban Səkinə Əliyeva polisin yanında məni yerə yıxaraq təpikləyib, huşumu itirənə qədər döyüb və telefonumu sındırıb. Baytar Çingiz və çobanın arvadı üzümə su tökərək məni həkimə çatdırıblar. 7 ildir işimə baxan yoxdur, mənə dəymiş ziyanın ödənilməsini və qanuni müqavilə əsasında fəaliyyət göstərməyim üçün şərait yaradılmasını tələb edirəm”.

Məsələ ilə bağlı daha bir qrup şikayətçi – Qazax rayon Daşsalahlı kənd sakinləri Vəliyev Novruz Paşa oğlu və Əliyev Rafiq Vaqif oğlu da bənzər fırıldaqçılıqla üzləşdiklərini qeyd edirlər. Onların iddiasına görə, “Azəraqrar” MMC-nin işçiləri dövlət təsərrüfatındakı kəsirin yerini doldurmaq üçün kəndlilərin heyvanlarını mənimsəyiblər: “2025-ci ildə qurumun işçiləri evimizə gələrək satış məqsədilə 88 baş qoyunumuzu bırkalayıb dövlət fermasına apardılar. Bildirdilər ki, pulunu bir həftəyə Kənd Təsərrüfatı Nazirliyi ayıracaq və ödəyəcək. Lakin bu günə qədər nə pulumuzu, nə də heyvanlarımızı ala bilirik. Sonradan öyrənmişik ki, orada dövlətin və digər şəxslərin, o cümlədən Şəhid ailəsinin qoyunlarını satıblar. Audit yoxlaması gələndə əskik gələn heyvanların yerini doldurmaq üçün bizim 88 baş qoyunumuzu fermaya doldurub say düzəldiblər. Həsən, Fəda və çobanlar əlbir olub dövlətin malını satıb, bizi də bu şəkildə aldadıblar. Hazırda heyvanlarımız dövlət fermasında saxlanılır, biz onların özümüzə qaytarılmasını xahiş edirik”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirlyinin mətbuat xidmətinə sorğu göndərsək də, nə sorğumuza cavab verildi, nə də zənglərimizə.

Tunar,
NOCOMMENT.az