Tramp: “Putin də İranın nüvə silahına sahib olmasını istəmir”backend

Tramp: “Putin də İranın nüvə silahına sahib olmasını istəmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə apardığı son müzakirələrin bəzi maraqlı detallarını bölüşüb. Ağ Ev rəhbəri bildirib ki, Rusiya lideri İranın nüvə arsenalı əldə etməsində maraqlı deyil və bu məsələdə tərəflər arasında müəyyən ortaq məqamlar mövcuddur.

NOCOMMENT.az xəbər verir ki, Tramp Putinlə olduqca səmərəli bir söhbət reallaşdırdığını qeyd edərək, Ukrayna münaqişəsinin həlli istiqamətində Moskvadan müsbət siqnallar aldığını vurğulayıb. Onun sözlərinə görə, Putin Ukraynadakı vəziyyətin tənzimlənməsində maraqlıdır və bu, sülh prosesi üçün ümidverici addımdır.

Tramp həmçinin bildirib ki, Putin nüvə zənginləşdirilməsi məsələsində kömək təklif etsə də, o, öncəliklə Ukraynadakı müharibənin dayandırılmasını tələb edib. Rusiya Prezidentinə müəyyən bir “kiçik atəşkəs” planı təklif etdiyini deyən Tramp, bu razılaşmanın tezliklə reallaşa biləcəyinə inandığını ifadə edib. ABŞ liderinin fikrincə, Putin əslində bir müddət əvvəl razılığa gəlməyə hazır olsa da, bəzi “maraqlı tərəflər” buna mane olublar.

Sara,
NOCOMMENT.az