Ümummilli Lider Heydər Əliyevin 2000-ci ilə aid maraqlı və indiyədək heç yerdə yayımlanmayan görüntüləri üzə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, sözügedən kadrlar “Sabiroğlu” “YouTube” kanalında paylaşılıb.
Videogörüntülərdə 26 il əvvəl ABŞ-nin Azərbaycandakı səfirliyində keçirilən rəsmi tədbirlərin birində Ümummilli Lider Heydər Əliyevin həmin dövrün əsas müxalifət liderləri — Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) o vaxtkı sədri Etibar Məmmədovla bir araya gəldiyi əks olunub.
Kadrların ən diqqətçəkən məqamı isə tərəflər arasında baş tutan olduqca səmimi və maraqlı söhbətdir. İllər sonra ilk dəfə ictimaiyyətə təqdim olunan bu tarixi görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Sözügedən görüntüləri təqdim edirik:
Sara,
NOCOMMENT.az









