Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin iki ölkəyə qarşılıqlı səfərləri tarixi əhəmiyyət kəsb edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı açıqlayıb.
Paşinyan Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərindən danışıb: “Çox vacib bir hadisə baş verdi. İki ölkənin baş nazir müavinlərinin səfərlərini tarixi sülh prosesinin institusional məntiqinin bir hissəsi hesab edirəm. Bu mərhələyə çatdığımız üçün çox xoşbəxtəm”.
Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlər daim yaxşılaşdırılmalı və sülh tədricən möhkəmləndirilməlidir: “Normal münasibətlər, uzunmüddətli perspektivdə isə strateji, mehriban qonşuluq münasibətləri qurulmalıdır”.\\“Unikal”










