Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan Yerevanın polis rəisi, polkovnik Armen Qasparyanı vəzifəsindən azad edib.
NOCOMMENT qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Ermənistan KİV xəbər verib.
Yerevan polisinin başçısı noyabrın 9-da işdən çıxarılıb. Məlumata görə, Qasparyan ölkə rəhbərliyinin əmrini yerinə yetirməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub.