Ermənistan təzminat ödəməyə məcburdurbackend

Ermənistan təzminat ödəməyə məcburdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hər nə qədər etdiyi cinayətlərdən imtina etməyə çalışsa da, işğaldan azad edilən torpaqların real vəziyyəti bu ölkənin Azərbaycana vurduğu maddi-mənəvi, ekoloji zərərin miqyasını göstərir. İstənilən halda bu, cəzasız qalmamalıdır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Professorun sözlərinə görə, Azərbaycan tərəfi kapitulyasiyadan sonra Ermənistan tərəfinin torpaqlarına vurduğu zərər ilə bağlı kompensasiya tələb etmək haqqına sahibdir: “Rəsmi Yerevan de-yure kaputulyasiya sazişi imzalamasa da, imzalanan bəyanat kapitulyasiya mahiyyəti daşıyır.

Ermənistan heç bir halda müharibə humanitar və insanlıq cinayətlərinin məsuliyyətini üzərindən ata bilməz. Bu gün işğaldan azad edilən Zəngilan, Qubadlı, Kəlbəcər və digər torpaqların timsalında dəyən maddi ziyan göz qabağındadır. Yəni Ermənistan Azərbaycana təzminat ödəməkdən heç vaxt boyun qaçıra bilməyəcək.

Biz beynəlxalq təşkilatları əraziyə dəvət edib real ziyanı aktlaşdırıb təzminatın miqdarının hesablanması üçün müraciət edə bilərik. Dəyən ziyan tam olaraq hesablandıqdan sonra isə danışıqlar prosesinin predmeti olaraq təklif edə bilərik. Rəsmi Yerevan maddi və ya alternativ təkliflər ilə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir”.