Bakıda geniş Qələbə Paradının keçirilməsi nəzərdə tutulurbackend

Bakıda geniş Qələbə Paradının keçirilməsi nəzərdə tutulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 yarışmasının keçirilməsi üçün nəzərdə tutula “Pit stop” binasının sökülməsi məsələsinə aydınlıq gətirib.

NOCOMMENT.az xəbər verir ki, şirkətdən bildiriblər ki, binanın sökülməsi ilə bağlı dövlət qrumları tərəfindən müvafiq tapşırıq verilib.

Sosial mediada Bakıda Formula 1 üçün quraşdırılan konstruksiyaların söküntüsünün paytaxtda geniş Qələbə Paradının keçirilməsinin planlaşdırılması ilə əlaqədar olduğu bildirirlir.

Şirkətdən həmçinin qeyd ediblər ki, “Pit stop” binasının sökülməsi növbəti il üçün Bakıda Formula 1 yarışının keçirilməsinə heç bir təsir göstərməyəcək.

Xatırladaq ki, Azərbaycan Qran Prisinin gələn il iyunun 6-da keçirilməsi planlaşdırılır.