“Hərbi əməliyyatlar başlayan gündən Ədliyyə Nazirliyində 24 saatlıq iş qrafiki müəyyənləşdirildi, nazirin əmri ilə qərargah yaradıldı”.
NOCOMMENT xəbər verir ki, bunu report-un efirində yayımlanan “Müzakirə vaxtı”nın “Hüququmuz var” rubrikasında Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.
Onun sözlərinə görə, verilən tapşırıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə ədliyyə strukturlarının fəaliyyətinin bərpası məsələsidir: “Hazırda təhlillər aparılır və təbii ki, orada bütün qurumlarımızın fəaliyyəti təmin olunacaq”.