Azərbaycanda ən varlı bələdiyyələr – SİYAHIbackend

Azərbaycanda ən varlı bələdiyyələr – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda büdcəsinə görə ən varlı bələdiyyələrin adları məlum olub.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov illik büdcə gəliri 1 milyon manatdan çox olan bələdiyyələrin ilk “5-lik”ində hanıs yerli özünü idarəetmə orqanlarının olduğuna aydınlıq gətirib.

Onun bildirdiyinə görə, Bakıdakı bələdiyyələr arasında büdcə gəliri 1 milyon manatı ötən beş bələdiyyə var. Bunlar Xətai, Nərimanov, Yasamal, Nəsimi və Səbail bələdiyyələridir.

2023-cü ilin nəticələrinə görə, bu bələdiyyələrin büdcə gəliri 1 milyon manatdan çoxdur. Onlar həm də ölkədə ən varlı bələdiyyələr hesab olunur.

Ölkə üzrə ən varlı bələdiyyə büdcəsi 2 milyon manatlıq həddi keçən Xətai bələdiyyəsidir.