Rusiya XİN başçısı Lavrov da İrəvana gəlibbackend

Rusiya XİN başçısı Lavrov da İrəvana gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistandadır.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, Lavrov İrəvana Rusiya Federasiyasının idarələrarası nümayəndə heyətinin tərkibində gəlib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Müdafiə naziri Sergey Şoyqu da Ermənistana səfər edib və artıq ölkənin Baş naziri Nikol Paşinyanla görüşüb.

Bundan başqa Rusiya baş nazirin müavinləri – Aleksandr Novak, Aleksey Overçuk, fövqəladə hallar naziri Yevgeni Ziniçev və Rusiya hökumətinin başqa rəsmilərinin də Ermənistana səfər edəcəkləri gözlənilir