Dövlət Gömrük Komitəsi (DGK) ilə “Progress” sənaye-istehsalat şirkəti arasında 30 milyon manat məbləğində müqavilə imzalanıb.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə “Elektron satınalmalar” portalı məlumat yayıb.
Məlumata əsasən, DGK elan etdiyi yeni inzibati binanın tikintisi üzrə tenderin qalibi müəyyən edilib: “Tender komissiyasının qərarı ilə “Progress” sənaye-istehsalat şirkəti qalib elan edilib. Şirkətlə 30 milyon manat məbləğində müqavilə imzalanıb”.