Külli miqdarda rüşvət almış gömrükçü vaxtından əvvəl azadlığa buraxıldıbackend

Külli miqdarda rüşvət almış gömrükçü vaxtından əvvəl azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş əməkdaşı Elmar Mirzəyev azadlığa buraxılıb.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş sabiq gömrük prosedurları inspektoru cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Yerli məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

Qeyd edək ki, E.Mirzəyev və bir neçə gömrükçü 2021-ci ilin martında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham edilib, ən ağır cəza elə Mirzəyevə verilmişdi. Digərləri qısa müddətə azadlıqdan məhrumetmə və şərti cəzaya məhkum edilmişdi.