Hadrut və Zəngilanda nə baş verir?backend

Hadrut və Zəngilanda nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün erməni terrorçularının Hadrut qəsəbəsinə təxribat hücumu olub.

NOCOMMENT xəbər verir ki, bu haqda gecə saatlarından başlayaraq sosial şəbəkələrdə məlumat yayılır.

Hələlik bu saata qədər heç bir rəsmi qurumdan bu haqda açıqlama olmayıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə iddia olunur ki, hadisə nəticəsində Azərbaycanın iki əsgəri şəhid olub.

Ermənilərdən isə 6 nəfərin məhv edildiyi və 6-nın əsir götürüldüyü bildirilib. Amma Ermənistan rəsmi qurumlarının yaydıqları məlumatlara görə, hadisə barədə dəqiq məlumat yoxdur və sosial şəbəkələrdə yazılanlar araşdırılır.

Ermənilərin analoji təxribatı Zəngilanda da törətdiyi barədə xəbərlər var.