Bundan sonra Ermənistan seçimlərini düzgün etsə, sülhün üstünlüklərindən yararlana bilər.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar “Hürriyyət”ə açıqlamasında deyib.
“Qarabağda 44 günlük bir əməliyyat aparıldı. Bu əməliyyatın ən əhəmiyyətli tərəfi bu oldu: Hər iki dövlət “iki dövlət, bir millət” anlayışını daha dərindən qavradı. Bu şüur öz yerinə oturdu. Bundan sonra Ermənistan seçimlərini düzgün etsə, sülhün üstünlüklərindən yararlana bilər”, – deyə nazir bildirib.