Ağcabədidə erməni təcavüzündən zərərçəkənlərə ödənişlərin verilməsinə başlanılıbbackend

Ağcabədidə erməni təcavüzündən zərərçəkənlərə ödənişlərin verilməsinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağcabədi rayonunda mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanılıb.

NOCOMMENT xəbər verir ki, Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Sarıcalı, Arazbar, Sarvanlar, Muğanlı, Şərəfxanlı, Minaxorlu, Qaraxanlı, İmamqulubəyli, Köyük, Hacılar, Yuxarı Qiyaməddinli, Boyat, Rəncbərlər kəndlərində 8 ev tamamilə dağılıb, 485 evə isə qismən ziyan dəyib.

Evlərinə ziyan dəymiş 493 nəfər rayon sakininin plastik kart hesabına 584 min manat məbləğində vəsait köçürülüb. Plastik kartlar “Kapital Bank”ın rayon filialı tərəfindən sakinlərə təqdim edilib.

Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmiri, bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, eləcə də əhaliyə məxsus heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlərə başlanılacaq.