Azərbaycan Respublikasında koronavirus infeksiyasından 650 nəfər müalicə olunaraq sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 226 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 214 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 530 nəfərdir.
Ötən müddət ərzində 2 311 417 test aparılıb. Bugünkü test sayı isə 8 574 nəfərdir.