Separatçılar təxribatçıları azad etməyə çağırdılar: Bakı rədd etdibackend

Separatçılar təxribatçıları azad etməyə çağırdılar: Bakı rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 19-da Xankəndidən BMT və Avropa Şurasına, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə Respublika XİN rəhbəri adından məktub göndərilib. Məktubu işğal edilmiş Dağlıq Qarabağda qanunsuz erməni hakimiyyətinin qondarma “xarici işlər naziri” adlanan David Babayan imzalayıb.

NOCOMMENT Turan-a istinadən xəbər verir ki, məktubda “Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozaraq, həmin ilin dekabrında Qarabağın Hadrut rayonunun Xsaberd və Xin Taqer kəndlərinə hücum edib və onları işğal edib, respublika müdafiə ordusunun 64 hərbçisini isə əsir götürüb”, – deyilir.

Qarabağda silahlı ermənilərin əsir götürülməsinin dekabrın 15-də, yəni müharibənin başa çatmasından və sülh bəyanatının imzalanmasından (noyabrın 9-da Moskvada) bir ay sonra baş verdiyinə diqqət çəkməyən Babayan onları “hərbi əsirlər” adlandırır.

“Sonradan Azərbaycan hakimiyyəti hərbi əsirlərə qarşı cinayət işi qaldırmaq niyyətini bəyan edib ki, bu da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır “, – deyə məktubda qeyd olunur.

Babayan Azərbaycanı Cenevrə konvensiyalarının həyata keçirilməsini və öz öhdəliklərinin yerinə yetirilməsini təmin etməsi üçün təcili tədbirlər görməyə çağırır.

Azərbaycan XİN-in bəyanatında saxlanılmış, Ermənistanın Şirak vilayətindən Qarabağa göndərilmiş silahlı ermənilər iki ölkə arasında sülh şəraitində əsir götürüldüklərinə görə təxribatçılar adlandırılıb. Azərbaycanın BMT-dəki nümayəndəsi təşkilatın baş katibinə məktub göndərərək bildirib ki, əsirlikdə qalan 62 erməni hərbi qulluqçu təxribatçı sayılır və onların barəsində cinayət işi qaldırılıb. Bakıda hesab edirlər ki, hərbi əsirlər haqqında Cenevrə Konvensiyası dinc vaxtda Azərbaycana silahla keçənlərə şamil edilmir.

Rusiya XİN-in rəsmi bəyanatında silahlı ermənilərin Azərbaycana 9 noyabr bəyanatından sonra göndərilməsilə razılaşırlar. Bəyanatda tərəflər əsirlərin “hamının hamıya” formulu üzrə dəyişdirilməsinə razılıq veriblər. Bəyanatın bu bəndi yerinə yetirilib. Rusiyanın xarici işlər naziri S.Lavrov “hərbi əsir” anlayışından istifadə etmir və həmin adamların sayı ilə bağlı ermənilər arasında fikir ayrılıqları olduğunu bildirir ki, bu da onların azad edilməsinə mane olur. Lavrovun bəyanatında 62 erməni hərbçidən danışılıb.

Azərbaycan cəmiyyətində belə fikir yayılıb ki, əsir götürülmüş ermənilərin azad edilməsi yalnız Yerevanın Qarabağ münaqişəsinin hərbi yolla həllindən imtina edərək Azərbaycanın beynəlxalq sərhədlərini tanımaq öhdəliyilə Böyük Sülh Sazişi imzalamasından sonra mümkün ola bilər.

Təxribatçıların əsir götürülməsi nəticəsində Ermənistanda hərbi qulluqçuların valideynlərinin etiraz dalğası yüksəlib, onlar oğullarının da əsir düşəcəyindən qorxaraq onları Qarabağa xidmətə göndərməkdən imtina edirlər.