Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir.
NOCOMMENT.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Etirazçılar “Satqın Nikol, istefa!”, “Nikol rədd ol” – deyə şüarlar səsləndiriblər.
Avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.