Deqati: Natavanın sümükləri qəbirdən çıxarılmışdı – FOTObackend

Deqati: Natavanın sümükləri qəbirdən çıxarılmışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam şəhərində Azərbaycan şairəsi Xurşudbanu Natavanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, fotoqraf bu barədə öz “İnstagram” hesabında məlumat verib.

O məşhur şairənin 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olduğunu qeyd edib.

R.Deqati izləyicilərinin diqqətinə çatdırıb ki, X. Natəvan Qarabağın son xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən şəhərə su təminatını həyata keçirən və mühəndislik incisi hesab olunan su kəmərinin çəkilməsinə sərf edib.

O, Natəvanın atası və digər ailə üzvləri ilə birgə Ağdamda XVIII əsrə aid olan məqbərədə dəfn edildiyini izləyicilərinə çatdırıb.

Məşhur fotoqraf ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın gözəlliyinə heyran qaldığını qeyd edib.

“Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın qəsdən dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”, – Reza Deqati qeyd edib.

Посмотреть эту публикацию в Instagram

 

Публикация от REZA (@rezaphotography)