Rusiya dövlət silah ixracatı agentliyi “Rosoboroneksport”un prezidenti Aleksandr Mixeyev Türkiyəyə əlavə “S-400” hava müdafiə sistemlərinin tədarükü üçün aparılan danışıqlar davam edir.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, o, iki ölkə arasında məsələ ilə əlaqədar danışıqların dayandırılmasına dair iddiaya aydınlıq gətirib.
“S-400-lərin tədarükündə fasilənin verilməsi müzakirə mövzusu deyil”, – deyə Mixeyev bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan və müdafiə naziri Hulusi Akar bundan əvvəlki açıqlamalarında “S-400”-lərin ikinci partiyasının göndərilməsinin reallaşa biləcəyini və bu yöndə danışıqların davam etdiyini bildirmişdilər.
Türkiyə Rusiyadan dörd “S-400” sistemini 2.5 milyard dollara satın alıb.