İrəvan müxalifətə xəbərdarlıq etdi: Atəş açılacaqbackend

İrəvan müxalifətə xəbərdarlıq etdi: Atəş açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət müxalifətin qiyamına qarşı öz vətəndaşlarını və dövlət obyektlərini qorumağa hazırdır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə Məsələləri və Təhlükəsizlik Komissiyasının rəhbəri Andranik Köçəryan “Azadlıq” radiosunun erməni bürosuna müxalifətin qiyam çağırışlarını şərh edərkən deyib. O, bu halda dövlətin atəş açmaq səlahiyyətinə sahib olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın Vətənin Xilası Hərəkatından baş nazir vəzifəsinə namizəd Vazgen Manukyan əhalini hakimiyyətə qarşı qiyama hazır olmağa çağırmışdı.