Goranboy rayonunda qadın ailə münaqişəsi səbəbindən dərman içərək özünü zəhərləyib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Safıkürd kəndində qeydə alınıb.
1983-cü il təvəllüdlü G.Əliyeva 30-a yaxın dərman preparatını qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. /Report