Ermənistan MN-in binasından helikopterlə təxliyə əməliyyatı – VİDEObackend

Ermənistan MN-in binasından helikopterlə təxliyə əməliyyatı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin qadın əməkdaşları etirazçılar tərəfindən mühasirəyə alınan nazirlik binasından təxliyə olunublar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, ilk növbədə hamilə qadınlar, səhhətində problemi olan və ötən gecədən özünü pis hiss edən qadınlar helikopterlə təxliyə ediliblər.

Xatırladaq ki, itkin düşən erməni hərbçilərin yaxınları bir sutkadan çoxdur ki, Ermənistan MN-in binasını mühasirəyə alaraq etiraz aksiyası keçirirlər. Onlar müdafiə naziri Vaqarşak Arutyunyan və Baş Qərargah rəisi Artak Dakvtyanla görüş tələb edirlər.