Rusiya və Ermənistan arasında gizli gərginlik – Putin Arutyunyanı niyə qəbul etmir?backend

Rusiya və Ermənistan arasında gizli gərginlik – Putin Arutyunyanı niyə qəbul etmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaqarşak Arutyunyan yanvarın 5-dən Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunmasına baxmayaraq, hələ də rəsmi olaraq işə başlamayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Kazaryan məlumat verib.

“Maraqlıdır ki, həmin müddət ərzində Nikol Paşinyan yeganə rəsmi səfərini Rusiyaya edib. Eyni zamanda, KTMT Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün növbəti dəfə Rusiyaya işgüzar səfərə gedib. Növbəti işgüzar səfəri Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilən Ermənistan Prezidenti Vaaqn Xaçatryan edib. Ermənistan səfirinin etimadnaməsini ona təqdim edənə qədər Rusiya prezidentinin iştirakı ilə keçiriləcək görüşlərdə iştirak etmək hüququ yoxdur”, – deyə Kazaryan bildirib.

Keçmiş diplomat yeni səfirin Putin tərəfindən qəbul edilməməsinin səbəbinə də diqqət çəkib: “Bu, onun bu müddət ərzində bir çox qalmaqalların mərkəzində görünməsi ilə bağlıdır”.