Azərbaycanın daha 7 sahibkarına Rusiyaya pomidor ixracına icazə verildibackend

Azərbaycanın daha 7 sahibkarına Rusiyaya pomidor ixracına icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) qərarı ilə aprelin 13-dən etibarən Azərbaycanın 7 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib.

İxraca icazə verilənlər “Botanik-2016” MMC, “Green world” MMC, “Alyan Agro”, “Abşeron kənd təsərrüfatı” MMC, eləcə də fərdi sahibkarlar Salmanzadə Elxan, Qasanov Müsbət, Qurbanov Vidadidir.