Ermənistan polisi Kirantsda xüsusi əməliyyat keçirirbackend

Ermənistan polisi Kirantsda xüsusi əməliyyat keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndində Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən sakinlər yolu bağlayıblar.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan polislər 31 etirazçını saxlayıb.

Sözügedən şəxslər “polisin qanuni tələblərinə itaət etməmək” maddəsi üzrə saxlanılıblar.

Hazırda Ermənistan polisinin Kirantsda xüsusi əməliyyat keçirdiyi bildirilir. Polis İcevandan Kirantsa gedən yolu bağlayıb. Bununla yanaşı, jurnalistlərin kəndə girişinə qadağa qoyulub.