Ramiz Mehdiyevi YAP-dan doğum günü münasibətilə kimin təbrik etdiyi məlum olub.
NOCOMMENT.az-ın Konkret.az-a istinadən xəbərinə görə, bu, YAP AMEA Ərazi Təşkilatının İdarə Heyətinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovadır.
Qeyd edək ki, U.Qurbanova 22 dekabr 1983-cü il tarixində Goranboy rayonunun Balakürd kəndində anadan olub. O, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda çalışır. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəsmi saytında yazılan məlumata görə, alimin 6 vəzifəsi var:
1) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi,
2) AMEA-nın vitse-prezidenti qulluğunda aparıcı mütəxəssis,
3) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının üzvü,
4) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,
5) AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının katibi,
6) YAP AMEA Ərazi Təşkilatının İdarə Heyətinin sədri.