Ərdoğandan İraqdakı əməliyyatla bağlı – İlk açıqlamabackend

Ərdoğandan İraqdakı əməliyyatla bağlı – İlk açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə Türkiyənin, nə İraqın, nə də Suriyanın gələcəyində terror təşkilatlarına və terrorizmə yer var.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ordusunun bu gün İraqda başlatdığı genişmiqyaslı antiterror əməliyyatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu ana qədər çox sayda terrorçu zərərsizləşdirilib:

“Qonşu İraqın ərazi bütövlüyünə hörmət edilərək aparılan əməliyyatlar bölgədə sülhün təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Bundan başqa, əməliyyatlarda Türkiyə milli müdafiə sənayesi məhsullarından istifadə edilməsi bizi fərəhləndirir. Türkiyə beynəlxalq hüquq normaları çərçivəsində bölgəni qan gölünə çevirən qatil sürülərinin kökünü qurudana qədər mübarizəsini davam etdirəcək”.
Sfera