Həccə getmək üçün korona sığortası tələb olunacaqbackend

Həccə getmək üçün korona sığortası tələb olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq.

NOCOMMENT-in teleqraf-a istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı hökuməti qərar verib.

Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.

Bu il Həcc ziyarəti iyulun ikinci yarısı olacaq.