Azərxalça-nın keçmiş rəhbərinin məhkəməsi baş tutubbackend

Azərxalça-nın keçmiş rəhbərinin məhkəməsi baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar verib.

Qərara əsasən, V.Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.