Ermənistan müxalifətinin əsas simalarından biri, keçmiş müdafiə naziri Vazgen Manukyan sərt açıqlama ilə çıxış edib.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, o, baş nazir Nikol Paşinyandan xilas olmağa çağırış edib.
“Bütün mümkün vasitələrlə bu məxluqdan (Nikol Paşinyan) xilas olmalıyıq. Seçkilərə inanmıram çünki o nəinki pis siyasətçi, həm də dövlətə xəyanət etmiş biridir. Satqınları seçki ilə deyil, güc ilə qovurlar. Seçki barədə unudun və satınqdan xilas etmək üçün xalqın qəzəbinə güvənin”, – deyə Manukyan qeyd edib.