Nostradamus, Rasputin və Vanqanın koronavirus barədə öncəgörmələribackend

Nostradamus, Rasputin və Vanqanın koronavirus barədə öncəgörmələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar, yüzlərlə il əvvəl söylənilmiş “peyğəmbərliklər”, proqnozlar reallaşanda həmişə insanları həyəcanlandırır. Keçmişdə sölənmiş qeyri-müəyyən proqnozlarda bəşəriyyətin bütün hadisələrinə izahat tapa bilərsiniz. Təəccüblü deyil ki, mistik və izaholunmaz proqnozların pərəstişkarları bu dəfə koronavirus epidemiyası barədə öncəgörmələri tez bir zamanda üzə çıxartdılar. NOCOMMENT.az ən məşhur estrasenslərin proqnozları bir araya toplayıb.

Nostradamus və Böyük vəba

Bütün proqnozlarını fransız əczaçı Nostradamus təxminən 500 il əvvəl söyləyib. Ancaq onun dörd misralı şeirləri – poetik kəhanətləri ilə bağlı mübahisələr hələ də davam edir. Onun şeirləri o qədər qarışıqdır ki, istəsəniz onlarda  günümüzü və ya nənənizin bişirdiyi sevimli göbələkli kartofun reseptini də tapa bilərsiniz. Ancaq bu şeirlərdə daha qlobal hadisələr axtarırlar: İkinci Dünya Müharibəsi, Qaqarinin kosmosa uçuşu, Kennedinin öldürülməsi və s. Aydındır ki, bu hadisələr arxa tarixlə tapılır, yəni reallıqda hadisə baş verdikdən sonra. Bu yolla koronavirusa həsr olunmuş dördmisralıq da tapılıb.

“Sahil şəhərindəki böyük vəba salehlərin ölümü və qanının qisası alınmayana qədər dayanmayacaq”

İlk məqamda məntiq görünmür, amma… Virus Vuhandan yayılmağa başlamışdı – sahil şəhəri deyil, amma ilk yoluxma balıq bazarında baş vermişdi, artıq dənizə yaxınlaşdıq. Salehin kim olduğu hələ məlum deyil. Bəşəriyyəti nə gözləyir? Nostradamus pessimistdir. İtaliyaya həsr olunmuş başqa bir dördlükdə cavab tapılıb ki, peyvəndi uzun müddət axtaracaqlar. Hərçənd bəşəriyyətin xilası düz burunlarının ucundadır. Bu da proqnoz:

“Po, Verona, Vinsens, Saraqossa. Uzaqdakı qılınclarda yer qanla islanacaq. Çox böyük bir vəba böyük bir ayrılıqla gələcək, qurtuluş yaxında olsa da, amma müalicə çox uzaqdadır…”

Rasputin və Ağ ölüm

Qriqori Rasputin mistik bir şəxs idi. Təəccüblü deyil ki, o, sonuncu rus imperatoru II Nikolayın ailəsinə təsir göstərmiş və həyatı boyu peyğəmbər kimi tanınmışdır. Rasputin öz ölümünü, Rusiya imperiyasının və SSRİ-nin dağılacağını, hətta Çernobılın partladılacağını proqnozlaşdırmışdı. Bir çox kəlamları arasında CoViD-19 epidemiyasının proqnozu da tapılıb. Rasputin koronavirusu insanlıq üçün günahlara və qeyri-bərabərliyə görə cəza adlandırır.

“Sodom və Qomorra yer üzünə qayıdanda, qadınlar kişi, kişilər də qadın paltarı geyinəndə, ölümün ağ bir vəba üzərində gəldiyini görəcəksiniz”, – onun proqnozu belə səslənir.

Bəşəriyyəti nə gözləyir və epidemiyanın zirvəsini nə vaxt gözləmək lazımdır? Rasputin koronavirusun milyonlarla insanın həyatına son qoyacağına əmindir.

“Cəsəd dağları meydanlara yığılacaq və milyonlarla insanın ölümünə səbəb olacaq. Milyonlarla əhalisi olan şəhərlər ölüləri basdırmaq üçün kifayət qədər əl tapmayacaq və bir çox kənd yer üzündən silinəcək. Heç bir dərman ağ vəba xəstəliyini dayandıra bilməyəcək”, –  bu proqnozun gerçəkləşəcəyini yaxın zamanlarda biləcəyik.

Vanqa və sarı duman

Bolqar nənə Vanqasız “peyğəmbərlik”lərə nadir hallarda rast gəlinir. Məlum olub ki, Vanqa hələ 1995-ci ildə koronavirus haqqında bilirdi. Belə ki, federal kanallardan birinin efirində onun qohumu nənənin belə bir proqnozunu səsləndirib:

“İkiqat bir ildə (yəqin ki, 2020-ci il) Dünyanı zəhərli sarı duman bürüyəcək. Pullu əllər də qurtula bilməyəcək. Qoca və gənc, kasıb və varlı öləcək, o zamana qədər ki, Sibirdə sidr ağacının qozasından dərman tapılacaq…”

Bu, virusdan qurtuluşun sidr qozasında olması deməkdirmi? Yoxsa bu qozalarda hər hansı şəfalı ekstrakt var? Mistika pərəstişkarlarına görə, söhbət peyvəndin Rusiyada hazırlanacağına işarə edir. Bu da tezliklə baş verəcək. Vanqaya görə, aprelin sonu və ya mayın ortalarında. Ümid edirik ki, kor “peyğəmbər” proqnozlarında yanılmamışdı…